Şriftin ölçüsü :

Saytın rəngi :

Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb

17 iyun 2020 | 16:00

Dövlət İmtahan Mərkəzi tərəfindən  iyun ayının 19-da Tərtər rayonunun ümümtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan keçiriləcəkdir.

Buraxılış imtahanlarının keçirləcəyi  Tərtər şəhər 1, 6, Şıxarx 2 saylı tam orta məktəblərdə  sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı  yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.

İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.

Keçidlər