Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda Koronavirusa qarşı dezinfeksiya tədbirləri davam etdirilir

23 mart 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir.

Hazırda Tərtər şəhərinin küçə və prospektləri, çoxmənzilli yaşayış binalarının həyətləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulur. Binaların girişləri və bloklar, dövlət idarələrinin binaları xüsusi məhsulla dezinfeksiya edilir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanda qurulmuş manitor vasitəsi ilə və yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri aparılır.

 

 

Keçidlər