Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü münasibətilə tədbir keçirildi

13 fevral 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının səkkizinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının iclas zalında davam etdirildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını 13 fevral Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə təbrik etdi və onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi.

Rayon rəhbəri ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verdiyini qeyd etdi. Bildirdi ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilib, orduda fərarilik halları aradan qaldırılıb. Azərbaycanda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli hərbi xidmətə çağrılmasının təşkili sahəsində uğurlar əldə olunub.

Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev xidmətin 8 il ərzində keçdiyi şərəfli yoldan danışdı. Bildirdi ki, 8 il ərzində qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş, cəmiyyətin gözləntilərini doğrultmuşdur.

Tədbirdə Tərtər Hərbi prokuroru Hümmət Məmmədov,  Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, Vətən Müharibəsi İctimai Birliyinin Tərtər Regional Bölməsinin sədri Vidadi Məmmədov, İsmayılbəyli kənd tam orta məktəbinin hərbi rəhbəri Elgün Həmidov  çıxış edərək öz ürək sözlərini bildirdilər.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibəti ilə xidmətdə fərqlənən bir qrup şəxs Tərtər Rayon İcra Hakimiyyəti və Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyələrlə təltif olundu.

Keçidlər