Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Tərtərdə

11 fevral 2020 | 16:00

Beynəlxalq Avrasiya Mətbuat fondunun “Tərtəri tani və tanıt” adı lahiyəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə həmkarlar ittifaqının nümayəndələri Tərtər rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Çox səmimi və maraqlı keçən görüşdə rayon rəhbəri tələbələrə Tərtər rayononun tarixi,  bugünü və kənd təsərüffatı sahəsində son illərdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonra tələbələr rayon ərazisində fəaliyyət göstərən istehsal müəsisələri, tarix-diyarşünaslıq müzeyi, “Marağa-150” abidəsi və digər obyektlərlə tanış olublar.
 

Keçidlər