Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı kənd ağsaqqalını təbrik etdi

27 yanvar 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hüsənli kənd ağsaqqalı Mirzə Mirzəyevin 85 illik yubileyi münasibətilə onun ailəsində olub, ailə üzvləri ilə birgə çay süfrəsi arxasında əyləşib.Rayon rəhbəri ağsaqqalı təbrik edərək ona uzun ömür, can sağlığı, ömrünün müdrik çağında əsil el ağsaqqalı olmağı arzulayıb.

Mirzə Mirzəyevin ailəsi böyükdür.Düz 64 ildir ki, həmyaşıdı olan həyat yoldaşı Məryəm xanımla həyatını bölüşür. Bu illər ərzində onlar 8 övlad böyüdüb, 3 qız, 5 oğlan tərbiyə ediblər.Böyüyü Şükufənin 63, kiçiyi Aybənizin 39 yaşı var. Övladları çoxdan ata-ana olublar. Artıq Mirzə kişinin 27 nəvəsi, 18 nəticəsi var.Ailənin üzvləri bir yerə yığışanda böyük bir məclis qurulur. Ailədə hər kəsin öz yeri var. Böyüyə hörmət, kiçiyə qayğı əsas şərtdir.

Bu dəfə ailə üzvləri Mirzə kişini təbrik etmək üçün bir yerə yığışmışdılar.Onların hər birinin bu məclisdə deməyə öz sözləri vardı.Hər kəsə kövrək hislər yaşadan Mirzə kişi respublikamızda yaşlı nəslə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.Müstəqil Azərbaycanımızda bu günki firəvan, gözəl dövrdə “hər kim yüz il yaşamasa, günah onun özündədir, ”- dedi.

Keçidlər