Şriftin ölçüsü :

Saytın rəngi :

“Könüllülər İli” ilə əlaqədar rayonda ali təhsilli işsiz gənclərlə görüş keçirildi.

23 yanvar 2020 | 16:00

"Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar".
Bu fikirləri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunda fəaliyyət göstərən və onların sıralarına yeni qoşulmuş könüllülərlə görüşdə bildirib.
YAP Tərtər rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı əvvəlcə gəncləri, könüllüləri 2020-ci ilin “Könüllülər ili” elan olunması münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Bildirib ki, Cənab Prezident İlham Əliyevin 2020-ci ilin “Könüllülər İli” elan etməsi gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır.
Tədbirdə vurğulanıb ki, ölkəmizdə “Könüllülər ili” elan edilməsi insanların sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsinə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verəcək.
Qeyd edək ki, Respublikamızın hər yerində olduğu kimi, Tərtərdə də 2020-ci ilin “Könüllülər ili” elan olunması gənclər, xüsusilə də rayonda fəaliyyət göstərən könüllülər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Sonda Tərtər rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş və könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov xüsusi sertifikatlar təqdim edib, onlara həyatda və gələcək işlərində uğurlar arzulayıb..


 

Keçidlər