Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-in nümayəndələri Ferrari Diana və Tollemark Lars Rayon İcra Hakimiyyətində oldular

23 yanvar 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisə seçkilər ərəfəsində ATƏT-in nümayəndələri Ferrari Diana və Tollemark Larsı qəbul etmişdir.

Rayon rəhbəri əvvəlcə isveçli nümayəndələrə rayon haqqında ətraflı məlumat vermiş, bildirmişdir ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir.Becərmə dövründə ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı kəsilir ki, nəticədə suvarmada böyük çətinliklər yaranır və kənd təsərrüfatı bitkilərinin suvarılması subartezian quyuları vasitəsilə həyata keçirilir.Bütün çətinliklərə baxmayaraq, rayon zəhmətkeşləri pambıqçılıq, baramaçılıq, taxılçılıq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticə əldə edirlər.

Rayon rəhbəri İsveçli nümayəndələrin seçki dairələrində və məntəqələrində olan üzvlərin peşəkarlığı, namizədlərin seçicilərlə keçirəcəyi görüşlər üçün müəyyən edilmiş açıq və qapalı yerlərin vəziyyəti,namizədlərin seçicilərlə görüşəcəkləri tarixləri barədə verdikləri sualları ətraflı cavablandırmış, sonra qonaqlar məntəqələrdə seçkilərə hazırlıq vəziyyəti ilə tanış olmuşlar.

Keçidlər