Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” adlı seminar-müşavirə keçirilib

28 noyabr 2019 | 16:00

Noyabrın 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tərtər rayonunda keçirilən “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” adlı seminar-müşavirə çərçivəsində tanınmış rəssam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin rayon gəncləri ilə görüşü keçirilib. Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, müəllimlər, şagirdlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə qeyd olunub ki, xeyirxahlıq, mərhəmət, ədalətli davranış və s. bu kimi dəyərli keyfiyyətləri özündə birləşdirən mənəviyyat insanın ruhunda, düşüncəsində yer alırsa, bu, onun həyatında özünü göstərir, əxlaqında, ictimai münasibətlərində, davranışlarında təzahür edir. Buna görə də mənəvi dəyərlərin yeniyetmələr və gənclər arasında təbliği çox vacibdir. Tanınmış rəssam Ziyadxan Əliyev bildirib ki, elmin, mədəniyyətin, incəsənətin yüksək qiymətləndirildiyi Azərbaycanda milli-mənəvi və dini dəyərlərin təsviri sənətin müxtəlif növlərində işlənməsi dəyərlərimizə müxtəlif baxış bucağından baxmağa, dünyagörüşümüzü artırmağa, qədim ölkəmiz haqqında daha ətraflı məlumatlar əldə etməyə geniş imkanlar açır.

Yekunda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər