Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi

12 noyabr 2019 | 16:00

Noyabrın 12-də Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Tətər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etdi. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Tədbirdə çıxış edən şəhər 2 saylı məktəb-liseyin müəllimi Nigar Hüseynzadə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə, Hacıqərvənd kənd mədəniyyət evinin müdiri Lalə Quliyeva, Mərkəzi rayon Xəstəxanasının feldşeri Fuad Xanlarov və Şəhər 1 saylı tam orta məktəbin direktor müavini İntiqam Nuriyev Konstitusiyamızda dövlət tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini bildirdilər.

Keçidlər