Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə inkubator məntəqəsi istifadəyə verildi

20 sentyabr 2018 | 16:00

Tərtər rayonunun Qaraağacı kəndində Azərbaycan Hökuməti və USAİD tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində inşa edilən inkubator məntəqəsi istifadəyə verilib.

Bununla bağlı Qaraağacı kəndlərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Tərtər Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və kənd sakinlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, inkubator məntəqəsinin istifadəyə verilməsi ilə kənd sakinləri quşçuluq təsərrüfatlarını genişləndirəcək, digər rayonlarda yerləşən inkubatorlardan istifadə etmək üçün uzun məsafə qət etmədən, vaxta və xərclərinə qənaət edəcəklər. İnkubator məntəqəsinin fəaliyyəti həmçinin, Tərtər rayonunda mikro sahibkarlığın inkişafına və kənd sakinlərinin məşğulluğunun təmin olunmasına öz müsbət töhfəsini verəcəkdir.

Keçidlər