Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbul imtahanlarında yüksək bal toplayan tərtərli gənclər mükafatlandırılb

02 sentyabr 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə  ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.

Rayon təhsil şöbəsinin işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin və yüksək bal toplayan gənclərin və onların valdeyinlərinin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik edib, gənclərə daha yüksək zirvələr fəth etməyi arzulayıb.

İcra başçısı vurğulayıb ki, “Təhsil millətin gələcəyidir”, -deyən Ümummilli Lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu bildirmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir. Hazırda ölkəmizdə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində çox önəmli işlər görülür. Möhtərəm Prezidentin uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli-iqtisadi tərəqqisinin nəticəsi olaraq təhsil sahəsində əlverişli təlim-tərbiyə şəraiti yaradılmış, tədris ocaqlarının böyük əksəriyyətinin maddi-texniki bazası qurulmuşdur. Milli təhsilin dünya standartlarına cavab verməsi məqsədilə informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində geniş miqyaslı işlər görülmüşdür və hazırda bu işlər mütəşəkkil qaydada davam etdirilir.
Ölkə başçısının və Heydər Əliyev Fondunun diqqət və qayğısı sayəsində Respublikamızda tikilən və təmir olunan ümumtəhsil məktəbləri millətin gələcəyi olan təhsilimizdə ürəkaçan nailiyyətlərin əldə olunmasına imkan verir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən  Azərbaycanayeni məktəb” layihəsi təkcə pedaqoji kollektivlər tərəfindən deyil, bütün xalqımız tərəfindən razılıq hissi ilə qarşılanır.

Rayon rəhbəri rayonumuzda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, bu il ali təhsil ocaqlarına sənəd verən 393 nəfərdən 236 nəfəri ali (onlardan 220 nəfəri bu ilki, 16 nəfər isə əvvəlki illərin məzunlarıdır), 114 nəfəri isə orta ixtisas təhsilli məktəblərinə daxil olmuşdur. Onlardan 4 nəfəri 600-dən yuxarı 29 nəfəri 500-dən yuxarı bal toplamışdır. Cəmişid Naxçıvaniski adına hərbi liseyə 2, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2, Sərhəd Qoşunlarının Akademiyasına isə 3 nəfər məzunumuz qəbul olunmuşdur. 600-dən yuxarı bal toplayan 4 nəfərin 1 nəfəri şəhər 2 saylı, 1 nəfəri 6 saylı, 1 nəfəri Evoğlu, 1 nəfəri Qapanlı kənd tam orta məktəbin məzunlarıdır. Ali məktəblərə qəbul zaman şəhər 2 saylı məktəb lisey (32 nəfər), Şəhər 1 saylı (29 nəfər), şəhər 5 saylı (11 nəfər), Hacıqərvənd (10 nəfər), Bəyimsarov (12 nəfər), Sarov (13 nəfər), Qaradağlı (10 nəfər) kənd tam orta məktəbləri fərqlənmişlər.

Qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, təhsil ocaqları təmir olunur, yeni məktəblər tikilir. Ötən tədris ilində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunmuş, Bayandur, Poladlı kəndləri üçün modul tipli məktəblər tikilərək istifadeye verilmişdir. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin tikintisi yekunlaşmaq üzrədir. Ümumiyyətlə son on beş il ərzində rayonumuzda 9  məktəb binası tikilmiş, 8 məktəb əsaslı təmir olunmuş və 5  modul tipli məktəb quraşdırılmışdır.

Bundan başqa 2019-2023-cü illər dövlət proqramında şəhər 5 nömrəli, Azad Qaraqoyunlu, İsmayılbəyli və Soylan kənd tam orta məktəbləri üçün yeni binanın tikintisi, Bəyimsarov və Xoruzlu kənd tam orta məktəblərinin əsaslı təmiri nəzərdə tutulmuşdur.

Tədbirdə təhsil şöbəsinin müdir əvəzi Elvin Umudov, Qaradağlı kənd tam orta məktəbin direktoru Eldəniz Əsgərov, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev, şəhər 2 nömrəli məktəb-liseyin məzunu, 631 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuş Oktay Səfərov, 627 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu audit fakultəsinə daxil olmuş Səidə Allahverdiyeva, 534 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasına daxil olmuş Ruslan Zeynalovun valideyini Tərlan Zeynalov, 566 bal toplayaraq Azərbaycan Dillər Universitetinə daxil olmuş Maya Abdullayevanın valideyini Məhbubə Abdullayeva və digərləri tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə iştirak edən Milli Məclisə deputatı Sahib Alıyev çıxış edərək gəncləri təbrik edib, onlara öz tövsiyələrini verdi.

Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir daha gəncləri təbrik edərək onlara təhsildə və həyatda uğurlar qazanmağı dilədi. Gənclərə harada olmalarından aslı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etdi.

Tədbirin sonunda 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəlyev, YAP rayon təşkilatı, Təhsil şöbəsi, Gənclər və İdman İdarəsi tərəfindən qiymətli hədiyyələr və Fəxri Fərmanlar verildi.

 

Keçidlər