Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ulu Öndərin 96-cı ildönümünə həsr olunmuş konsert oldu

10 may 2019 | 16:00

Mayın 10-da axşam saatlarında Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan konsert oldu. Ulu Öndərin adını daşıyan parkda təşkil olunan konserti Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və minlərlə rayon sakini izlədi.

Respublikanın xalq artisti Şahnaz Haşımovanın və oğlu, əməkdar artist Tural Abdullayevin, Tərtər rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin, uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin iştirakı ilə keçirilən konsert rayon sakinlərində xoş təəssurat yaratdı.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatdı.

 

Keçidlər