Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi

10 may 2019 | 16:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü Tərtər rayonunda təntənə ilə qeyd olunub.

Mayın 10-da səhər saatlarında minlərlə tərtərli rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdiriblər.

Əvvəlcə meydana toplaşan insan izdihamının önündə gedən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoydu.

Sonra tədbir iştirakçıları meydanda rayon məktəblilərinin hazırladığı Ulu Öndərə həsr olunmuş rəsm, əl işləri və kitab sərgisinə baxdılar.

 

 

Keçidlər