Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda maarifləndirici təlim keçirilib

28 mart 2019 | 16:00

Mardın 28-də Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Əkinçilik Elmi Tədqiqat İnstitutunun alimi tərəfindən fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda maarifləndirici təlim keçirilib. 

Təlimdə Əkinçilik Elmi Tədqiqat İnstitutunun alimi, biologoya üzrə fəlsəfə doktoru Atif Zamanov taxil əkinlərindən yüksək və keyfiyyətli məhsul almaq üçün ilk növbədə aparılan tədbirlər planını ardıcıl olaraq  həyata keçirilməsinin vacibliyindən, istehsal olunan dənin keyfiyyətində gübrə normalarına düzgün riayət olunmamasının, yetişməmiş dənlərin seçilməsinin, yığımın gecikməmisinin, alaq otlarının, xəstəlik və ziyanvericilərin məhsuldarlığa mənfi  təsirlərindən və onlara qarşı aparılan mümkün tədbirlərdən danışdı. Həmçinin onu da qeyd etdi ki, taxıl əkinlərində səpin qabağı tədbirlərdə məhsuldarlığa təsir edir.

Təlimin gedeşində fermerləri maraqlandıran bütün suallar ətralı cavablandırıldı.

 

Keçidlər