Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular

18 mart 2019 | 16:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən tərtərli məktəblilərin Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.

Məktəbliləri rayonun Mərkəzi Meydanında Tərtər Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin məsul işçiləri və valdeyinlər qarşılayıblar.

Aksiya çərçivəsində məktəblilər Qəbələ, Şəki, Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında ətraflı məlumat verilib. Regionun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğurub.

Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.

Tur-aksiyadan geri dönən məktəblilər əvvəlcə Bərdə-Tərtər avtomobil yolunun kənarına ağac əkiblər. Sonra Novruz bayramı münasibəti ilə rayonun Mərkəzi Meydanında keçirilən bayram şənliyinə qatılıblar. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onlarla görüşərək bayramlarını təbrik edib, təhsillərində uğurlar arzulayıb. Tur-aksiya iştirakçılarına bayram hədiyələri verilib.

Səfərlərini zəngin təəssüratlarla başa vuran məktəblilər bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər