Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə narkomaniya, erkən nikah və dini radikalizmin təhlükələri mövzularında maarifləndirici tədbir keçirilib

12 mart 2019 | 16:00

Tərtər rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmin təhlükələri” mövzularında maarifləndirici tədbirlər keçirilib.

Gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı fəsadlar barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə əvvəlcə rayon polis şöbəsinin rəisi Elçin Qasımov məruzə ilə çıxış edərək “əsrin bəlası” olan narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərərlər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib.

O, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyindən danışıb. E.Qasımov son dövrlərdə din pərdəsi arxasında gizlənib,cəmiyyəti məhvə aparan həmin şəxslərə qarşı da rayonda qabaqlayıcı tədbirlərin görüldüyünü diqqətə çatdırıb, erkən nikahın yaratdığı problemlər barədə danışıb.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın, erkən nikah və dini radikalizmin təhlükəli fəsadlarına qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, bu istiqamətdə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bunların qarşısının alınması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Belə halların qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, bu işdə ailənin və təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Tədbirdə Tərtər şəhər Cümə məscidi dini icmasının sədri Sadiq Cəfərov, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, psixiator-narkoloq həkim Rima Axundova, QHT nümayəndəsi Günel Abbasova narkomaniya, dini radikalizmə və erkən nikahın fəsadları barədə ətraflı çıxış edərək gənclərə dəyərli məsləhətlər veriblər. Təhsil müəssisələrində belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, şagirdləri bu cür həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

Keçidlər