Home Contact Phone
background

Xəbərlər

  • 20 Yanvar şəhidləri yad edildi

    20 Yanvar şəhidləri yad edildi

    2018-01-20

    Tərtər rayonunda 20 yanvar faciəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündən başlandı. Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu. Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular. Tədbir iştirakçıları əvvəlcə 20 yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. Rayon rəhbəri bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

  • Ordudan təxris olunan gənclərin qarşılanma m...

    Ordudan təxris olunan gənclərin qarşılanma mərasimi keçirildi

    2018-01-18

    Tərtər Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə hərbi xidmətdən tərxis olmuş gənclərin qarşılanma mərasimini keçirmişdir. Əvvəlcə gənclər Ulu Öndərin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoymuş sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Tədbir “dəyirmi masa” arxasında davam etdirilmişdir.

  • “20 yanvar şaigrdlərin gözü ilə” inşa ya...

    “20 yanvar şaigrdlərin gözü ilə” inşa yazı müsabiqəsi keçirildi

    2018-01-16

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon Təhsil şöbəsi Gənclər və İdman idarəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar şaigrdlərin özü ilə” mövzusunda inşa yazı müsabiqəsi keçirmişdir. Müsabiqənin Birinci mərhələsi məktəblərdə, yekun turu isə Uşaq Gənclər Şahmat məktəbində keçirilmişdir.Yekun turda 34 tam orta məktəbdən 50 şagird iştirak etmişdir. İnşa yazısına 2 akademik saat vaxt ayrılmışdır.

  • Qaradağlı kənd İƏD üzrə nümayəndə hesaba...

    Qaradağlı kənd İƏD üzrə nümayəndə hesabat verdi

    2018-01-08

    Qaradağlı kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə açan Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov hesabat məruzəsi ilə çıxış etdi. Qeyd etdi ki, nümayəndəlik iki kəndi–Qaradağlı və Təzəkənd kəndlərini əhatə edir. Ərazisi 1484 hektardır. Burada həmçinin 33 məcburi köçkün və qaçqın ailəsi məskunlaşmışdır ki, onlar da 127 nəfər soydaşımızı özündə birləşdirir. Ərazidə bir tam orta məktəb, bir ümumi orta məktəb, 90 yerlik körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, 2 kitabxana, poçt-rabitə şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, bir yanacaqdoldurma məntəqəsi, 4 bərbərxana və ticarət obyektləri də vardır.

  • Ehtiyata buraxılan hərbi qulluqçuların yola sa...

    Ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib

    2018-01-05

    “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 dekabr tarixli Sərəncamının icrası ilə bağlı müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir. Tərtər şəhərində keçirilən təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Foto qalereya